Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Sürücülərin NƏZƏRİNƏ - Bakının mərkəzində sərnişinlər üçün "drop-off" məntəqəsi yaradıldı

10.06.2025 14:21 1 353
Sürücülərin NƏZƏRİNƏ - Bakının mərkəzində sərnişinlər üçün
"Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "drop-off" məntəqəsi (mindirib-düşürmə yeri -red.) yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Sözçü qeyd edib ki, Fətəli xan Xoyski küçəsi, "Gənclik Mall"un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazi olduğu üçün bu layihə icra edilib:

"Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzləndiyi üçün darboğaz əmələ gəlirdi və nəqliyyat vasitələrinin hərəkəti çətinləşirdi.

Bundan əlavə, "Gənclik Mall"a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olduğunu qeyd etməliyik. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır.

Yeni layihədən sonra "Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "drop-off" məntəqəsi yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib. Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib".

O əlavə edib ki, bu addım nəticəsində ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlıq azaldılacaq:

"Sıxlıq olsa belə, bunun əsas yola minimum təsiri müşahidə ediləcək, ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi baş tutacaq.

Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub".скачать dle 11.3
Mojo.az Banner