Mojo.az Banner
13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |    
Left Banner
Right Banner

Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb

07.06.2025 19:10 672
Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu bu il ABŞ-də keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək.

40 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

Təcrübəli forvard bir neçə klubdan dəvət aldığını da təsdiqləyib:

"Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik".

Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası turnirə qatıla bilməyəcək. Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır. Lakin tərəflərin yeni sözləşmə imzalayacağı ehtimal olunur.
//reportскачать dle 11.3
Mojo.az Banner