Mojo.az Banner
19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |    
Mojo.az Avto
Mojo.az Avto

Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub

06.09.2024 18:31 2 277
Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ronaldu üçün bu qol karyerasında 900-cü olub. O, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Hücumçu İspaniyanın "Real" komandasında 450 qol vurub, 131 qolla Portuqaliya millisinin bombardiridir. O, həmçinin İngiltərə "Mançester Yunayted"ində 145, İtaliya "Yuventus"unda 101, Səudiyyə Ərəbistanı "Əl-Nəsr"ində 68, Portuqaliya “Sportinq”ində 5 qol vurub.

FIFA-nın məlumatına görə, Ronaldu 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən məhsuldar futbolçu olub. Biçan təxminən 805 qolun müəllifidir, vurulan qolların dəqiq sayı məlum deyil. O, 1931-1957-ci illərdə oynayıb.

Ronaldunun 39 yaşı var, o, Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. O, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.скачать dle 11.3
Mojo.az Banner