Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib

15.01.2025 16:40 1 500
Kriştianu Ronaldu
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

Median.Az
"Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun səhmlərinin 5 faiz payına yiyələnəcək.

39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadılacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, K.Ronaldu 2023-cü ilin yanvarından "Ən-Nəsr"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 90 matçda 81 qol vurub.

Son xəbərlər