Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

05.06.2025 18:47 660
Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında "Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.

Bu barədə AEM-dən məlumat verilib.

Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.

Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, iddiaya görə, özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov Bakıda yerləşən "MayoMed” klinikasında çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.

Son xəbərlər