Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Lerikdə 35 yaşlı kişinin qətlə yetirilməsinin TƏFƏRRÜATI (Yenilənib)

05.06.2025 14:34 1 305
Lerikdə 35 yaşlı kişinin qətlə yetirilməsinin TƏFƏRRÜATI (Yenilənib)
Lerik Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü Şahin Şərifovun qəsdən öldürülməsi müəyyən edilib.

Birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "Makarov" tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyiti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən edilib.

Elşən Ağayevin yaşadığı evə keçirilən baxış zamanı evin həyətində yerləşən qarajın içərisindən "Makarov" tipli tapança, ona məxsus daraq və 159 ədəd patron, həmçinin avtomobilinə baxış keçirilərkən isə kiçik saxlanc yerindən bir ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə müvafiq prosessual hərəkətlər icra, eləcə də zəruri ekspertizalar təyin olunmaqla istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşən Ağayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

11:36

Lerik rayonunda Vətən müharibəsi veteranının odlu silahla törətdiyi qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə namus üstündə baş verib. Məlumata görə, qətlə yetirilən Şahin Şərifov bir müddət öncə Elşən Ağayevin həyat yoldaşına söz atıb və onunla sevgili olmaq istəyib. E.Ağayevin həyat yoldaşından rədd cavabı alan Ş.Şərifov qadın haqqında şaiyələr yayıb.

Məsələdən xəbər tutan E.Ağayev iyunun 1-də evində saxladığı "Makar" markalı tapança ilə silahlanaraq Ş.Şərifovu şəhərin kənarında yaxalayıb. O, Ş.Şərifovu baş və ürək nayihəsində 7 güllə yarası ilə qətlə yetirib. Daha sonra o, meyiti maşına qoyaraq Monidigah kəndinin ərazisinə gətirib, orada yolun kənarından 60 metrlik dərəyə atıb.

Hadisədən sonra E.Ağayev heç nə olmamış kimi davranıb, şəhər ərazisində rahat gəzib, ad günləri və toy məclislərində iştirak edib. Hətta E.Ağayev hadisədən sonra hər gün həmin əraziyə gələrək, yolun kənarından meyiti atdığı dərəyə baxırmış. Dünən günorta saatlarında da E.Ağayev dostları ilə yeyib-içmək məclisinə gedərkən idarə etdiyi avtomobili həmin ərazidə saxlayıb, meyiti atdığı yerdə dayanıb siqaret çəkib, sonradan yoluna davam edib. Amma dostları onun bu hərəkətindən şübhələnməyiblər. Dünən axşam saatlarında meyit dərədə aşkarlanıb. Keçirilən əməliyyat nəticəsində meyitin qətlə yetirildiyi məlum olub və E.Ağayev saxlanılıb.

Məlumata görə, E.Ağayev ehtiyatda olan baş leytenantdır.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı E.Ağayevin evindən digər silah-sursat da aşkarlanıb.скачать dle 11.3
Mojo.az Banner