Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü | 14:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər | 14:33 Ərdoğan Azərbaycan xalqını təbrik etdi | 14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb |
Mojo.az Avto
Mojo.az Avto

Aybəniz Haşımovanın qardaşına - Hökm oxundu (FOTO)

29.05.2025 17:18 834
Aybəniz Haşımovanın qardaşına - Hökm oxundu (FOTO)
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.

O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.

Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan ana məhkəmədə təsirli ifadə verib: “Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf”.



Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: “Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim”.

Həşimov məhkəmədə özünü təqsirli bilməyib. O, heç vaxt insanları aldatmaq niyyətinin olmadığını deyib: “Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, VÖEN-im var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim”.

Quba Rayon Məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib. Ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, Şaiq Həşimov Əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

Son xəbərlər