Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? |
Mojo.az Avto
Mojo.az Avto

Şəhidlər məscidinin imamına qarşı "iPhone" dələduzluğu

14.07.2025 17:54 741
Şəhidlər məscidinin imamına qarşı
Şəhidlər məscidinin imamı Şaiq Əliyev dələduzluqla üzləşib.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, onu əvvəldən tanıdığı Fəqan Əhmədov adlı şəxs aldadıb.

Fəqan Əhmədov Şaiq Əliyevlə Şəhidlər məscidində tanış olub. O, Şaiq Əliyevlə qonşuluqda yaşadığını, bir din xadimi kimi ona böyük hörməti olduğunu deyərək etibarını qazanıb. Özünü Şaiq Əliyevə müsahib kimi təqdim edən Fəqan Əhmədov din xadiminin "iPhone 15" markalı telefonunda problem olduğunu bilib. Bu barədə ona Şaiq Əliyevin özü bildirib. Fəqan Əhmədov din xadiminə narahat olmamağı, telefonu yenisi ilə dəyişməkdə ona yardımçı olacağını deyib.

O, barter üçün 180 manat pul lazım olduğunu əlavə edib. Şaiq Əliyev telefonu və pulu Fəqan Əhmədova verib. Lakin ikinci verdiyi vədi yerinə yetirməyib və bununla da Şaiq Əliyevə 2000 manata yaxın ziyan vurub.

Fəqan Əhmədov başqa bir tanışına da Çindən diş üçün nəzərdə tutulmuş implantlar gətirəcəyini deyərək ondan hissə-hissə 22 500 manat alıb.

Barəsində hüquq-mühafizə orqanlarına şikayətdən sonra o saxlanılıb. Daha sonra Fəqan Əhmədova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb.

Məhkəmənin hökmü ilə Fəqan Əhmədova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə olduğu 7 ay 25 günlük müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər