Mojo.az Banner
21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Biləsuvarın həbsdə olan sabiq icra başçısının yarım milyonluq əmlakı ilə bağlı qərar

27.05.2025 20:13 615
Biləsuvarın həbsdə olan sabiq icra başçısının yarım milyonluq əmlakı ilə bağlı qərar
Məhkəmə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə qərar verib.

"Report”un məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun cinayət işi üzrə dövlət nəfinə müsadirə edilmiş Bakının Xətai rayonunda yerləşən və dəyəri 454 min manat olan mənzillərin geri qaytarılması üçün verilən şikayətə baxılıb.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən əmlak Mahir Quliyevin icra başçısı vəzifəsinə təyin olunmamışdan əvvəl alınıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Daha sonra Ali Məhkəmənin qərarı ilə onun cəzası 11 ildən 8 il 3 aya endirilib.скачать dle 11.3
Mojo.az Banner