Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular |
Mojo.az Avto
Mojo.az Avto

Avropa İttifaqından qərar: Rusiyanın 20 bankını SWIFT-dən ayıra bilər

24.05.2025 16:04 1 086
Avropa İttifaqından qərar: Rusiyanın 20 bankını SWIFT-dən ayıra bilər
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqini nəzərdən keçirir.

Bu barədə "Bloomberg" nəşri məlumat verib.

Məlumata görə, yeni sanksiyalar Rusiyanın 20-dən çox bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını, Rusiya neftinin maksimal qiymətinin aşağı salınmasını və "Şimal axını" qaz kəmərinin tikintisinin qadağan edilməsini nəzərdə tutur. Bu tədbirlər Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması üçün Moskvaya təzyiqləri artırmaq məqsədi daşıyır.

"Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir", - deyə nəşr bildirib.

Nəşrin vəziyyətlə tanış olan mənbələrinin məlumatına görə, hazırda Avropa Komissiyası bu məsələlərlə bağlı üzv dövlətlərlə məsləhətləşmələr aparır. Potensial məhdudiyyətlərin tətbiqinin dəqiq vaxtı hələ müəyyən edilməyib, yekun qərar isə Aİ-nin bütün üzv dövlətləri ilə razılaşdırıldıqdan sonra veriləcək.

Bundan əlavə, müzakirə olunan tədbirlər çərçivəsində Aİ Rusiyanın gəlirlərinin və hərbi istehsal üçün lazım olan texnologiyaları əldə etmək imkanlarının məhdudlaşdırılması məqsədilə təxminən 2.5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Həmçinin "Böyük yeddilik" ölkələri üçün Rusiya neftinin bir barel üçün maksimal qiymətinin təxminən 45 dollara endirilməsi təklif edilir.

Son xəbərlər