Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

FHN və AZAL hava limanlarında birgə təlimlər keçirib - VİDEO

21.05.2025 19:44 603
FHN və AZAL hava limanlarında birgə təlimlər keçirib - VİDEO
Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin regional hava limanlarında fövqəladə halların idarə olunması üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları ilə birgə genişmiqyaslı xüsusi taktiki təlimlər keçirilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimlər hava limanlarının strateji obyektlərini — naviqasiya qüllələrini, sərnişin terminallarını, yanacaq təminatı çənlər parkını və qəza enişi zamanı istifadə edilən uçuş-enmə zolaqlarını əhatə edib. Təlimin əsas məqsədi — yanğınlar və aviasiya qəzası kimi potensial ssenarilərə qarşı operativ reaksiya imkanlarının sınaqdan keçirilməsi, insan həyatının xilas edilməsi üzrə əməliyyatların effektiv təşkili və hadisə yerində qurumlararası koordinasiyanın gücləndirilməsidir.

Praktik mərhələlərdə yanğından mühafizə bölmələrinin hazırlıq vəziyyəti, irimiqyaslı fövqəladə hadisələr zamanı manevr qabiliyyəti, böhran anında çevik qərarvermə bacarığı və resursların idarə olunması simulyasiya olunmuş ssenarilər əsasında sınaqdan keçirilib. Eyni zamanda, müxtəlif qurumlar arasında real vaxt rejimində informasiya mübadiləsi və əməliyyat qərarlarının qəbulunda koordinasiya imkanlarının effektivliyi qiymətləndirilib.

Təlimlər, həmçinin hava limanlarında operativ təhlükəsizlik idarəetməsinin, risklərin proqnozlaşdırılması və qarşısının alınması mexanizmlərinin, eləcə də institusional davamlılığın gücləndirilməsinə xidmət edir. Bu cür tədbirlər, Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik mədəniyyətinin inkişafı və sərnişin rifahının təmin olunması istiqamətində atılan ardıcıl və strateji addımların tərkib hissəsidir.

Qeyd edək ki, 2025-ci il üzrə təhlükəsizlik tədbirləri planına əsasən, ilin sonunadək ölkənin bütün beynəlxalq hava limanlarında müxtəlif tematik fövqəladə hal ssenariləri üzrə əlavə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu təlimlər, risklərin idarə olunması sahəsində institusional dayanıqlığın artırılmasına və aerodrom infrastrukturunun çevikliyinin daha da təkmilləşdirilməsinə yönəlib.

Son xəbərlər