Mojo.az Banner
22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |     20:29 6 ayda Azərbaycanın ticarət dövriyyəsi nə qədər olub? - RƏQƏMLƏR  |     20:13 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     20:10 Hikmət Həsənov uzun müddətdən sonra görüntüləndi  |     19:41 Kino seriallara uduzur - Azərbaycan tamaşaçısının zövqündə səssiz inqilab  |     19:18 "Google" süni intellekt yarışında mövqelərini itirir: Əməkdaşlar narahatlıq keçirir  |     19:05 Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb  |     18:53 PUA hücumunda həlak olan gəmi kapitanının nəşi Bakıya gətirilir  |    
Left Banner
Right Banner

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

09.05.2025 22:05 1 617
Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA
Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir. 
 
Mütəxəssislər tövsiyə edir ki, müəyyən sağlamlıq problemi olan şəxslər alçadan uzaq durmalıdır.
 
Bəs hansı xəstəliyi olanlar bu mövsümü meyvəni qəbul etməməlidir?

Median.az həmin xəstəlik siyahısını təqdim edir:

 
1. Mədə-bağırsaq sistemi xəstəlikləri olanlar – Qastrit, mədə yarası və reflü problemi yaşayan şəxslərdə alça turşuluğu artıraraq ağrı və narahatlıq yarada bilər.

 
2. Qaraciyər və öd kisəsi problemi olanlar – Alçanın öd ifrazını stimullaşdırması bu orqanlarda əlavə yük və ağrıya səbəb ola bilər.

 
3. Balacalar üçün təhlükəli ola bilər – 2 yaşa qədər uşaqlarda alça ishal, qarın ağrısı və allergik reaksiyalar törədə bilər.

4. Diş problemi olanlar da diqqətli olmalıdır – Alçanın turşusu diş minasını zəiflədir, bu isə dişlərdə həssaslıq və ağrıya səbəb ola bilər.
 
Eyni zamanda mütəxəssislər xəbərdarlıq edir ki, alçanı acqarına yemək olmaz, bu zaman mədə turşuluğu daha da artır və sağlamlıq üçün risk yaradır.

Sağlamlıq mütəxəssisləri və diyetoloqlar alçanı orta miqdarda və yeməkdən sonra qəbul etməyi tövsiyə edirlər. Sağlamlıq vəziyyətinizə uyğun olaraq meyvə seçimində diqqətli olmaq vacibdir.
(sfera.az)скачать dle 11.3
Mojo.az Banner