Mojo.az Banner
16:36 Qanunsuz estetik əməliyyat aparmaqda təqsirləndirilən kosmetoloqun cinayət işinə xitam verilib - Video  |     16:10 90 milyonluq dələduzluqda ittiham olunan şəxs Azərbaycana gətirildi  |     15:51 Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA (Yenilənib)  |     15:36 "Qarabağ"ın Avroliqadakı növbəti potensial rəqibləri müəyyənləşdi  |     15:34 Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir  |     14:49 Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM  |     14:42 Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edildi  |     14:31 Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ  |     14:06 İstilik qurğularının quraşdırılması qaydaları təsdiqlənib  |     12:56 Sahil qəsəbəsində çimərlikdə 24 yaşlı şəxs BOĞULDU  |     12:39 Yer kürəsində maqnit qasırğası gözlənilir  |     12:25 Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi - Video  |     12:17 Bu gün klublarımızın avroliqadakı növbəti rəqibləri bəlli olacaq  |     12:01 Agentliyin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU  |     11:56 Argentina qapıçısı tarixə düşdü: 11 zərbəni dəf etdi  |     11:45 Cəlilabadda avtomobil uşağı vurdu  |     11:30 Rusiyada güclü zəlzələ oldu  |     11:28 Rayonlarda leysan yağır - FAKTİKİ HAVA  |     11:17 "Brent" markalı neftin qiyməti 90 dolları keçdi  |     23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |    
Left Banner
Right Banner

Hindistan - Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq? - AÇIQLAMA

02.05.2025 21:46 642
Hindistan - Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq? - AÇIQLAMA
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 1-də Hindistan-Pakistan gərginliyi barədə bəyanat yayıb. Bildirilib ki, Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur.

Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb: "Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".
Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:
"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".

Məlum olduğu kimi, Hindistanla Pakistan arasında münasibətlər bir neçə gündür gərgindir. Toqquşma hələ ki, davam edir. Gərginliyin daha genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı az olsa da var.
Median.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov açıqlama verib:

"Türkiyə kimi Azərbaycan da tərəflər arasında gərginliyin artmasında maraqlı deyil. Çünki bu ssenari ciddi beynəlxalq təsirlər vəd etməklə yanaşı, həm də nüvə müharibəsi riskini artırır. Azərbaycanın bu mövqeyi nazirliyin açıqlamasında da aydın şəkildə göstərilib.
Rəsmi Bakı mövcud vəziyyətin həlli üçün beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirir. Daha əvvəl Pakistan da beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirmişdi. Amma Hindistan hələ ki, bu məsələyə isti yanaşmır. Bu, Dehlinin destruktiv mövqeyi kimi də qiymətləndirilə bilər. Azərbaycanın araşdırma tərəfdarı olduğu isə göstərir ki, Bakı İslamabadın mövqeyini dəstəkləyir.

Bəyanatda da göstərildiyi kimi, tərəflər arasında gərginliyin artması regional sabitlik və xalqların rifahı üçün təhlükəlidir. Rəsmi Bakı bunu nəzərə alaraq diplomatik səylərini davam etdirəcək. Amma əgər eskalasiya genişlənərsə, Bakı həm İslam Əmkdaşlıq Təşkilatı (İƏT) daxilindəki müttəfiqi, həm də ikitərəfli münasibətlərdə ciddi və mühüm tərəfdaş Pakistanın maraqlarını gözdən gəlməyəcək. Əksinə, Bakı lazım gəlsə, İslamabadı dəstəkləməkdən də çəkinməyəcək. Nəzərə almaq lazımdır ki, həm də xalqlar arasında münasibətlər bunu tələb edir".

O, qeyd edib ki, Azərbaycan öz mövqeyində Çinin maraqlarını, həmçinin Pekin- Dehli münasibətlərini də nəzərə alacaq. Rəsmi Bakı Pekinlə inkişaf edən münasibətlərini görməzdən gəlməyəcək.

"Azərbaycan ayrı- ayrılıqda həm Pakistanın, həm də Hindistanın Cənubi Qafqaza və Qarabağ məsələsinə mövqeyini nəzərə alacaq. Pakistandan fərqli olarq Hindistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü sual altına atıb. Hətta Hindistanın Ermənistanı silahlandırmasına dair də aydın məlumatlar var.

Əlbəttə, rəsmi Bakı gələcək addımlarında bu məqamların hər birini nəzərə alacaq".скачать dle 11.3
Mojo.az Banner