Mojo.az Banner
19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     19:17 Xaricdə təhsil adı ilə 150 min avro ələ keçirən şəxs Azərbaycana ekstradisiya edilir  |     18:58 65 yaşını qeyd edən Əməkdar artist: "Nazirlikdən təbrik gözləyirdim"  |     18:57 Mustafa Tayatın yarım milyondan çox borcu yarandı - Səbəb nədir?  |     18:53 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     18:21 Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - Video  |     18:08 Şahin Bayramovdan yeni təyinat  |     18:06 "Fairmont Bakı"da yaşayan iş adamına "stop" qoyuldu - 1,7 milyon borca görə...  |     18:05 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:57 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı (VİDEO)  |     17:23 "Yeni Klinika"nın tibb bacısı xəstə baxıcısı işlədiyi evdən 20 minlik qızıl və pul oğurladı  |     17:07 Dayı bacısı qızının evindən qızıl oğurladı  |     16:59 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     16:46 Məşhur ispan yazıçı 91 yaşında vəfat etdi  |     16:09 Balıqçılıq məhsullarının yeni satış qaydası bu cür olacaq  |     16:08 Hörmüz boğazının idarə olunmasına dair qanun layihəsi İran parlamentinə təqdim edilib  |     15:46 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     15:43 Travmatologiya İnstitutunda informasiya sistemi çökdü: Növbə izdihamı - Video  |     15:32 Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir  |     15:30 Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər  |    
Left Banner
Right Banner

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 11:29 843
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Bu gündən Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.

Xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə hazırlanacaq.

Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ƏƏSMN ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.

Nəticədə işəgötürənlər bu e-bülletenləri ƏƏSMN-in müvafiq informasiya sistemindən, tibb işçiləri isə "e-Səhiyyə" portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

Bundan əlavə, elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq.скачать dle 11.3
Mojo.az Banner