Mojo.az Banner
14:52 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər  |     13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |     13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |    
Left Banner
Right Banner

Xəstəlik vərəqi ilə bağlı YENİLİK

21.04.2025 22:22 915
Xəstəlik vərəqi ilə bağlı YENİLİK
Cari ilin mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasında hazırlanacaq.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bundan sonra tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.

Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.

Nəticədə işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcək.

“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.скачать dle 11.3
Mojo.az Banner