Mojo.az Banner
12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |    
Mojo.az Avto
Mojo.az Avto

ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

29.04.2025 17:33 1 080
ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir
Kiberdələduzlar "Google Sites" platformasından və e-poçtların doğruluğunu təsdiqləmək üçün istifadə olunan "DKIM" imzalarını sui-istifadə edərək "no-reply@google.com" ünvanından gələn və rəsmi e-poçt kimi görünən saxta məktublar göndərirlər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, bu səbəbdən, mesajlar ilk baxışdan təhlükəsiz görünür və çox vaxt elektron poçt sistemləri tərəfindən xəbərdarlıq işarəsi ilə işarələnmir. Göndərilən e-poçtlarda vətəndaşlara hüquq-mühafizə orqanlarından "Google" hesabları ilə bağlı araşdırma aparıldığı bildirilir. Məktubun içərisində yerləşdirilən keçid ("sites.google[.]com" domenində hazırlanmış) istifadəçiləri saxta "Google Dəstək" səhifəsinə yönləndirir. Burada istifadəçilərdən "sənəd yükləmək", "işə baxmaq" və ya "sorğuya cavab vermək" adı altında hesab məlumatlarını (istifadəçi adı, şifrə və digər fərdi məlumatlar) daxil etmələri tələb olunur.

ETX bu cür e-poçtların rəsmi "Google" bildirişi olmadığına və məqsədin fərdi məlumatları ələ keçirməkdən ibarət olduğuna dair vətəndaşları xəbərdar edib.скачать dle 11.3
Mojo.az Banner