İran Prezidenti Bibiheybət məscidini ziyarət edib - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:33 ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir  |     17:32 Rüfət Səfərovun həbs müddəti uzadılıb  |     17:12 Apreldəki qeyri-sabit hava mayda da davam edəcək  |     17:09 Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq  |     16:52 Xətai rayonunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq  |     16:31 Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifə təsis olundu  |     16:11 Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib? - FOTO  |     16:05 Rusiya ordusu Xarkov vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:53 Sabirabadda dəhşətli hadisə: Gecə atasını öldürdü, psixiatriya xəstəxanasına göndərildi  |     14:12 Azərbaycanda növbəti torpaq hərracı elan edilib  |     14:09 Bankın yarım milyon manatını mənimsəyən xanımlardan birinə ağır cəza verildi  |     13:40 Qaz təchizatı ilə bağlı bir sıra qanun və fərmanlarda dəyişiklik edildi  |     13:37 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir  |     13:18 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO  |     13:03 İcra başçısının müavini işdən çıxarıldı - FOTO  |     12:59 Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib  |     12:59 Bakıda avtobus "Range Rover"lə toqquşdu (YENİLƏNİB)  |     12:55 Abşeronda biraylıq körpə çimizdirilərkən boğulub (YENİLƏNİB)  |     12:52 Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb  |     12:50 Azərbaycanın bəzi çaylarında sululuq artıb  |    

İran Prezidenti Bibiheybət məscidini ziyarət edib - FOTOLAR

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.
 
Median.Az xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.

İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.

Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.

İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkdi, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazdı.

Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 28.04.25 22:52