14:41 Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti uzadıldı  |     14:35 Audiovizual Şura "Space TV"yə xəbərdarlıq etdi  |     14:21 Bakıda körpənin ağciyərindən lobya toxumu çıxarılıb  |     14:20 Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu  |     14:12 Paşinyan: "Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən 18 aya qədər azaldılacaq"  |     14:11 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb  |     14:02 Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - Video  |     13:52 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:24 Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib  |     13:20 Əməkdar mədəniyyət işçisi Fərhad Paşayev vəfat etdi - Video  |     13:18 Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video  |     13:13 Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - Video  |     13:12 Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib  |     13:05 Cenevrədə Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb  |     12:19 Azərbaycanlı reper müharibədə həlak oldu  |     12:08 Bakıda komendant işlədiyi binadan yıxılıb öldü  |     11:58 Gümrü meri Vardan Qukasyan həbs edildi  |     11:51 7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi - Uşaq öldü  |     11:45 Şəmkirdə qəza - Ölən var  |    

Haker proqramları ilə külli miqdarda dələduzluq: Zərərçəkənlər danışdılar

Haker proqramlarından istifadə etməklə külli miqdarda vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Vəfa Vəliyeva zərərçəkən kimi ifadəsində bildirib ki, şikayətim təqsirləndirilən şəxslərdən deyil.

"Şikayətim Elmira adlı şəxsdəndir. Pulu ona vermişəm və ondan tələb edirəm. Elmira dedi ki, Cavanşir adlı əmisi oğlu nazirlikdə çalışır və övladını müəyyən məbləğ qarşılığında işə düzəldəcək. Övladım imtahanda iştirak etdi və nəticə uğursuz oldu. Buna rəğmən onlar övladımı işə düzəldəcəklərini bildirdilər. Bu iş üçün mən 15 min manat ödəniş etdim. Pulu mənə Elmira əmisi oğlu kimi təqdim etdiyi Cavanşir qaytardı. Lakin mən 15 min manatdan əlavə 5500 manat ödəniş etmişəm. Cavanşir dedi ki, mənə 5 500 manat çatmayıb. Çatsa, onu da qaytaracağam".

Zərərçəkən şikayətçi olduğu Elmira Məmmədova isə ifadəsi zamanı vurğulayıb ki, o, qabiliyyət imtahanı ilə əlaqədar olaraq Cavanşir Rüstəmzadəni tanıyıb:

"İdman akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanış olduq. Sonra mən ona qabiliyyət imtahanından keçmək üçün 6 min manat ödəniş etdim. Sonra Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabiliyyət imtahanından keçməyə köməyin lazım olduğunu bildirdi. Həm Cavanşirin, həm də Vəfanın səsli ismarışları, mətn mesajları, ödəniş qəbzləri məndə qalıb. Mənim verdiyim 6 min manat da mənə qaytarılmayıb. Mən şikayətçiyəm. Mənim burada marağım olmayıb. Sadəcə Vəfa xanım məndən xahiş etdiyi üçün köməklik etmişəm".

Daha sonra zərərçəkən qismində tanınan Elnar Məmmədov ifadə verib.

O bildirib ki, pensiya düzəltmək üçün Cavanşirə ödəniş edib:

Növbəti proses mayın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.

Həmçinin dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaiti Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürülüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri, həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            519 28.04.25 17:51