Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Kamil Zeynallıya qarşı dələduzluqda təqsirləndirilən: "Zərəri ödəyə bilərəm"

23.10.2023 21:12 1 695
Kamil Zeynallıya qarşı dələduzluqda təqsirləndirilən:
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az
news24.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınmış idmançı Kamil Zeynallı da iştirak edib.

Məhkəmədə ifadə verən zərərçəkmiş Ceyhun Baloğlanov bildirib ki, Emil Ağayevi tanımayıb: "Ailədə məslətləşdik ki, ev tikmək üçün şirkətə müraciət edək. Tanış adamlar dedilər ki, bir tikinti şirkəti var, bu işlə məşğuldu. Emil Ağayevlə görüşdük, evin formasını dedik. Emil Ağayevlə 72 min manatlıq müqavilə bağladıq. İlkin olaraq 36 min manat ödədik, bizə qəbz verdi. Pulu verəndən sonra evin tikintisinə başlandı. Bir müddət iş hava şəraiti ilə əlaqədar ləngidi, daha sonra yenə qaydasında davam etdi. Emil Ağayev bizə dedi ki, tikinti materialları bahalaşır, ola bilər ki, qiymət arta bilər. Bu adla məndən 18 min manat, növbəti ay isə 4 min manat verdim. Ümumilikdə 58 min manat vermişəm. 8 ya iş tamamlanmalı və ev mənə təhvil verilməli idi. Bir də eşitdik ki, tikinti dayanıb. Maraqlandım, dedi ki, guya fəhlələr az-az gəlir. Sonra bir ara dedi ki, atası xəstədi, sonra özü xəstələndi. Axıra yaxın görüşdük, dedim ki bu işi yoluna qoymaq lazımdı. Dedi narahat olma, yoluna qoyacam. Amma heç nə eləmədi. Hazırda 15 min manat borcu var mənə".

Prosesdə prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Emil Əliyev bildirib ki, zərərçəkmiş.şəxsdən həqiqətən də 58 min manat alıb: "Amma həmin pulu mənimsəməmişəm. Usta pulu, mənə qalan zəhmət haqqı ilə birlikdə həmin verdiyim sözə görə işi görmüşəm. Sadəcə işlərim bir müddət ləngitdiyi üçün işi tamamlaya bilmədim. Əgər azadlıqda olsam işləyib qalıq pulları qaytarmağa və tikintini başa çatdırmağa hazıram. Həmçinin zərərçəkmişlərə dəymiş ziyanın da ödəyərək".

Proses noyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. Təqsirləndirilən şəxs ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

скачать dle 11.3

Son xəbərlər