Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

28.04.2025 17:24 1 668
Azərbaycanda qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 13429:2025 "Qablaşdırma - Təkrar istifadə", AZS EN 13430:2025 "Qablaşdırma - Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər" və AZS 14182:2025 "Qablaşdırma - Terminologiya - Əsas termin və təriflər" yeni dövlət standartlarını qəbul edib.

Bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Yeni dövlət standartları "Ekologiya" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb və institut onları qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartlar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avrop Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC nömrəli "Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında" Direktivinin istinad standartlarının autentik tərcüməsi əsasında işlənib hazırlanıb.скачать dle 11.3
Mojo.az Banner