Mojo.az Banner
14:01 Ağdam sakini Mingəçevirdə küçədə infarktdan öldü  |     13:59 Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq  |     13:58 Ordubadda qaya uçqunu olub  |     13:57 İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu  |     13:52 Aprelin ilk günündə 25 dərəcə isti olacaq  |     13:50 Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR  |     13:46 Xocavənd şəhərinə daha 64 ailə yola salınıb  |     13:39 Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu  |     13:35 İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub  |     13:30 Bakıda yağan rekord yağışların səbəbi müharibədir? - Alimdən sensasion açıqlama  |     13:24 Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi  |     13:19 Ağcabədi batalyonunun komandiri vəfat edib  |     13:12 May ayında 14 gün İŞ OLMAYACAQ  |     12:59 BDU-nun müəllimi vəfat etdi - FOTO  |     12:58 Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi  |     12:57 İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Biri 3 yaşlı qız olmaqla iki nəfər ÖLDÜ  |     12:56 BDU-nun aparıcı elmi işçisi vəfat edib - FOTO  |     12:55 Qonşusunu xüsusi amansızlıqla öldürən şəxsin cəzası azaldıldı  |     12:54 Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib  |     12:52 Zaqataladakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı: Bir ölü, beş yaralı  |    
Left Banner
Right Banner

Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib

31.01.2025 18:57 813
Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) pambıq mahlıcının keyfiyyətinin müəyyən edilməsi və təsnifatı ilə bağlı üç yeni dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND məlumat yayıb.

Bildiriblib ki, bunlar AZS 965:2024 (O’z DSt 3295:2018) "Pambıq mahlıcı. Təsnifat cihazlarının köməyi ilə fiziki-mexaniki xassələrin müəyyən olunması üçün standart sınaq metodları", AZS 969:2025 (O’z DSt 632:2021) "Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları" və AZS 154:2025 "Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları"dır.

Məlumata görə, qəbul edilən dövlət standartları pambıq mahlıcının rəngi, tullantı səviyyəsi, mikroneyr göstəricisi, yuxarı orta uzunluğu, uzunluq bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı kimi göstəricilərinin təsnifat cihazları vasitəsilə qiymətləndirilməsini müəyyən edir. Həmçinin, standartlaşdırılmış alətlər (SITC) vasitəsilə nepslərin (düyünlərin), polyarizasiya işığında pambıq nümunələrinin və havakeçirmə qabiliyyətinə əsasən yetişkənlik əmsalının təyin edilməsi metodlarını da əhatə edir.

Sözügedən standartlar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərən "Pambıqçılıq sənayesi"nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirə olunub və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
//reportскачать dle 11.3
Mojo.az Banner