Mojo.az Banner
16:52 Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara cəlb edən şəxsə hökm oxundu  |     16:51 Qusar-Quba yolunda mikroavtobus VAZ-la toqquşub aşdı  |     16:32 "Dakar Pub"da 5000 manatlıq oğurluq  |     16:19 Gülbahar Eyvazova vəzifəsindən azad edildi  |     16:18 Bakıda arvadını döydüyü üçün qızı tərəfindən bıçaqlanan kişi öldü  |     15:41 Bakıda məktəbdə 10-cu sinif şagirdi pəncərədən yıxılıb  |     13:10 Benzin və dizelin qiymətinin artırılması illik inflyasiyaya nə qədər təsir edib?  |     13:01 Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı  |     12:59 "TikTok"da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi  |     12:50 Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR  |     12:46 Bakıda 64 yaşlı kişi boğulub öldü  |     12:45 Dövlət agentliyində yoxlama aparılmasına 180 min manat xərclənəcək  |     12:44 Bakıya qar yağacaq, yollar buz bağlayacaq  |     12:43 "Arsenal"ın oyunu təxirə salınacaq  |     12:27 Sumqayıtda sərnişinləri soyuqda 20 dəqiqə gözlədən sürücüyə xəbərdarlıq edildi  |     12:00 DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA  |     11:54 Sumqayıt Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi işini itirdi  |     11:48 Bakıda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırıldı  |     11:47 İtkin kimi axtarılan gənc tapılıb  |     11:17 Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü  |    
Left Banner
Right Banner

İşçisini döyməklə gündəmə gələn aptek müdiri bu dəfə özü döyüldü - Əməkdaşının əri tərəfindən

26.04.2025 17:43 897
İşçisini döyməklə gündəmə gələn aptek müdiri bu dəfə özü döyüldü - Əməkdaşının əri tərəfindən
Bakıda xanım işçisinə xəsarət yetirməsi ilə gündəmə gələn "Depo Apteklər" şəbəkəsinin müdiri Elnur Cabbarov bu dəfə özü döyülüb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı 1986-cı il təvəllüdlü Z.K. saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri üzrə cinayət işi açılıb. İş məhkəməyə çıxarılıb.

Məlum olub ki, Elnur Cabbarova hücum edən şəxs onun keçmiş işçisi Ş.K.-nın həyat yoldaşıdır. Belə ki, ötən ilin iyunun 7-də aptek əməkdaşı A.K. həmkarı ilə yazışarkən müdiri Elnur Cabbarovu pişiyə bənzədib və onu "toppuş" adlandırıb. Bu yazışmadan xəbər tutan Elnur Cabbarov həmin vaxt köməkçisi olan A.K.-nı döyüb.

Hadisə zamanı aptekdə baş verənlər Ş.K. tərəfindən gizli şəkildə lentə alınıb və sonradan icazəsiz olaraq üçüncü şəxslərə ötürülüb. Bunu öyrənən Elnur Cabbarov 9 il yanında çalışan Ş.K.-dan qisas almaq qərarına gəlib. O, əvvəlcə Ş.K.-nı aptekdən 5 min manat oğurlamaqda ittiham edib. Ardınca isə Ş.K.-nın həyat yoldaşı Z.K. ilə telefon əlaqəsi saxlayaraq, onu həyat yoldaşının aptekdəki video görüntüləri yaymaqda ittiham edib və şəxsi həyatı ilə bağlı nalayiq ifadələr işlədib.

Z.K. isə cavab olaraq Elnur Cabbarovdan dediklərini sübut etməsini tələb edib. Daha sonra onlar Fətəli Xan Xoyski küçəsində, aptekin qarşısında Z.K.-nın avtomobilində görüşüblər. Görüş zamanı Elnur Cabbarov yenidən nalayiq ifadələr işlətməyə başlayıb. Buna cavab olaraq Z.K. onu söyüb və yumruqla üz nahiyəsinə bir neçə dəfə zərbə endirib.

İstintaqın müəyyən etdiyinə görə, Z.K. aptek müdirinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirib. Ona sol yanaq nahiyəsinin iç tərəfində cərrahi tikiş tələb edən əzilmiş yara və sağ yanaq nahiyəsində sıyrıq xəsarətləri yetirilib. Həmçinin bu əməllər qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

Məhkəmə Z.K.-nın Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirini sübuta yetirməyib və bu maddə üzrə ona bəraət verib. Lakin Z.K. Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. O, həbsdə və ev dustaqlığında keçirdiyi 7 ay 16 gün nəzərə alınmaqla, 1 il 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Z.K. cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.скачать dle 11.3