"İstilik təchizatı haqqında" qanun layihəsində təsbit edilən əsas anlayışlar müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO  |     21:12 Mingəçevirdə qadın boşqabla ərinin başını yardı  |     21:02 Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     20:44 Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq  |     20:30 Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib  |     20:14 Londonda Ukrayna ilə bağlı danışıqlar keçirilib  |     20:01 Azərbaycan hökuməti Türkiyədəki silsilə zəlzələ ilə bağlı narahatlığını ifadə edib  |     19:54 Şeyxülislam Allahşükür Paşazadə İspaniyaya səfər edəcək  |     19:47 ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib  |     19:39 Səidənin yeni mahnısı plaqiat çıxdı  |     19:29 Şamaxıda bitki yığan 72 yaşlı kişi dağdan yıxılıb öldü  |     19:22 Tatarıstan üzərində Ukrayna PUA-sı vurulub  |     18:56 Türkiyə DİN: "İstanbulda zəlzələdən sonra 51 afterşok qeydə alınıb"  |     18:25 Güclü külək əsəcək - Sarı xəbərdarlıq (YENİLƏNİB)  |     18:14 İstanbulda məktəblər bağlandı  |     17:51 "Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı  |     17:36 BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi  |     17:25 Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir  |     17:11 Moskvada biznes mərkəzində güclü partlayışlar - Yanğın başladı  |     16:53 Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib  |    

"İstilik təchizatı haqqında" qanun layihəsində təsbit edilən əsas anlayışlar müəyyənləşib

"İstilik təchizatı haqqında" qanun layihəsində təsbit edilən əsas anlayışlar müəyyənləşib.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu qanun istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Həmçinin qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edəcək:

fərdi istilik sistemi - istehlakçı tərəfindən tikinti obyektinin fərdi şəkildə istilik təchizatının həyata keçirilməsi üçün quraşdırılan və istismar edilən qurğuların məcmusu;

istilik daşıyıcısı - istilik təchizatı sistemində istilik və isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisinin ötürülməsi üçün istifadə olunan maddə (su, buxar);

istilik enerjisi - istilik daşıyıcılarının termodinamik parametrlərini (temperatur, təzyiq, sıxlıq) dəyişdirə bilən enerji resursu;

istilik enerjisinin istehlakçısı (bundan sonra - istehlakçı) - öz ehtiyacları üçün istilik enerjisini satın alan məişət və ya qeyri-məişət istehlakçısı;

istilik enerjisinin istehsalçısı (bundan sonra - istehsalçı) - istilik enerjisinin istehsalı ilə məşğul olan hüquqi və ya fiziki şəxs;

istilik enerjisinin istehsalı - kimyəvi enerjinin (yanacaq), elektrik və ya digər enerji növlərinin istilik enerjisinə çevrilməsi prosesi;

istilik enerjisinin paylanması - ötürülməsi də daxil olmaqla istilik enerjisinin şəbəkə vasitəsilə istehlakçılara çatdırılması;

istilik enerjisinin paylayıcısı (bundan sonra - paylayıcı) - şəbəkə ilə istilik enerjisinin paylanmasını (o cümlədən ötürülməsini) həyata keçirən hüquqi şəxs;

istilik enerjisinin satıcısı (bundan sonra - satıcı) - istilik enerjisinin pərakəndə satışını həyata keçirən hüquqi və ya fiziki şəxs;

istilik enerjisinin satışı - istilik enerjisinin alqı-satqı müqaviləsi əsasında satışı;

istilik qurğusu - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) üçün istifadə edilən qurğular;

istilik təchizatı - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışı fəaliyyətləri;

istilik təchizatı obyektləri - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) prosesində istifadə olunan istilik mənbələri, şəbəkələr, bina və qurğular;

istilik təchizatı sistemi - istilik mənbələri, şəbəkələr və istilik istehlakı qurğuları kompleksi;

istilik təchizatı subyektləri - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, o cümlədən təbii inhisar subyektləri;

kommersiya uçotu - istiliyin və isti suyun satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə istiliyin və isti suyun ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən istiliyin termodinamik parametrləri və isti suyun həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;

kommersiya uçotu qaydaları - istilik təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən qaydalar;

qeyri-məişət istehlakçısı - aşağıdakı maddədə nəzərdə tutulan istehlakçılar istisna olmaqla digər istehlakçı;

məişət istehlakçısı - yaşayış evlərində və mənzillərdə, o cümlədən Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilik enerjisindən istifadə edən fiziki şəxs;

mərkəzləşdirilmiş istilik sistemi - bir və ya bir neçə istilik mənbəyindən, şəbəkələrdən (xarici istilik kəmərlərinin diametrindən, sayından və uzunluğundan asılı olmayaraq) və istehlakçılardan ibarət olan sistem;

şəbəkə - istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğuları kompleksi;

texniki şərtlər - istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədlərinin hazırlanmasına əsas verən istilik və isti su təchizatı ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

tənzimləyici - istilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum.

Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edəcək.

İstilik təchizatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan, "Energetika haqqında" Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının istilik təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarət olacaq.

Ələt Azad İqtisadi Zonasında istilik təchizatı ilə bağlı münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənəcək.

Qanun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunacaq.

Bu qanun istehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemlərinin quraşdırılması və onun istismarı ilə əlaqədar münasibətlərə şamil edilməyəcək.

Qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Müəyyən maddələr istisna olmaqla, bu qanun dərc edildiyi gündən qüvvəyə minəcək.

Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, istilik təchizatı sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayacaq və həmin aktların tələblərinə riayət olunmalıdır.

Yeni qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri də qanunda təsbit edilib:

• istilik təchizatının etibarlılığı və təhlükəsizliyi;

• idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;

• istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması;

• qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi;

İstilik təchizatı sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri:

• enerji təhlükəsizliyinin təmin edilməsi;

• istilik təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;

• istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz istilik təchizatının təmin edilməsi.

İstilik təchizatı sektorunda dövlətin vəzifələri:

• özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

• əlverişli investisiya mühitinin yaradılması;

• rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

• istilik təchizatı subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

• istehlakçıların hüquqlarının müdafiəsi;

• istilik təchizatı sektorunda təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;

• istilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;

• enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

• ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;

• dövlət nəzarətinin həyata keçirilməsi;

• istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.

Bundan əlavə qanun layihəsində həmçinin istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri də təsbit edilir.

Belə ki, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.

İstilik təchizatı sahəsində yerli özünüidarəetmə orqanları balanslarında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri inkişafı ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, bələdiyyə mənzil fondu binalarında payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 23.04.25 16:02