Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda 150 illik ev uçur - VİDEO

21.04.2025 21:50 1 047
Yasamalda 150 illik ev uçur - VİDEO
"Bakının mərkəzində, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu (keçmiş Sereteli) küçəsində zaman sanki donub. Göydələnlərin arasında sıxılıb qalmış, 150 illik evlər hələ də sökülməyib. Nə vaxtsa təzə mənzillərə köçəcəkləri ümidi ilə bu evlərdə nəsillər dəyişib, ömürlər keçib. Evin sakinlərindən biri – artıq 70 yaşına çatmış bir qadın – gəlin gələndə JEK əməkdaşları pasportları yığaraq evlərin tezliklə söküləcəyini bildiriblər. Amma o gündən bu günə dəyişən təkcə zaman olub, şərait isə daha da ağırlaşıb. Artıq həmin qadının gəlini oğul-uşaq evləndirir, nəvə böyüdür. Evlər isə hələ də yerindədir – çöküb, tavanı uçub, amma yenə də yaşayış var”.

Bu cümlələr Yasamal sakinlərinin Bakuplus.az-a ünvanladığı şikayət məktubundandır.

Onlar qeyd edirlər ki, bura nəinki yaşamaq üçün yararlıdır, hətta insan sağlamlığı və təhlükəsizliyi üçün risk daşıyan bir məkandır: "Son yağışlardan sonra tavan tamamilə çöküb, divarlar çatlayıb. Elektrik sistemi köhnəlib, kanalizasiya sızmalar verir, nə istilik, nə havalandırma sistemi var. Ən acınacaqlısı isə odur ki, bu evin ətrafında çoxmərtəbəli binalar tikilərkən burada yaşayan insanların təhlükəsizliyi nəzərə alınmayıb. Uşaq, qoca, xəstə demədən bu dar və şəraitsiz evlərdə insanlar toz-torpaq içində nəfəs alıblar. Tikinti zamanı qaldırıcı kranlar bu evlərin üzərindən ağır beton bloklar daşıyıb. Həyətin içində həyat davam etdiyi halda, bir nəfərin belə təhlükəsizliyi təmin olunmayıb”.

Sakinlər yazırlar ki, vəziyyətin bu həddə gəlib çıxması həm tikinti şirkətlərinin, həm də aidiyyəti qurumların məsuliyyətsizliyindən xəbər verir: "Şəhərsalma prosesində insan taleyinin belə gözdən yayınması isə böyük sosial ədalətsizlikdir. Cabbar Qaryağdıoğlu, 50 ünvanında yerləşən bu ev – bir ailənin deyil, onlarla unudulmuş, vədlərlə yaşayıb qocalan insanların hekayəsidir. Qurumlar bu məsələyə nəhayət diqqət yetirməlidirlər. Biz buradan Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil İnşaatı Dövlət Agentliyi və Fövqəladə Hallar Nazirliyinə səslənirik: Bu insanlara yaşamaq üçün şərait yaradın! Onların illərlə davam edən gözləntisinə son qoyun!”.

Son xəbərlər