Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi - Hökm oxundu

19.04.2025 21:40 939
Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi - Hökm oxundu
Füzuli rayonunun Kərimbəyli kəndində evlərə qənim kəsilmiş oğru həbs edilib.

Arif Qulamov (şərti) Kərimbəyli kəndində 5 evdən oğurluq edib. O, girdiyi evlərdən əsasən qızıl-ziynət əşyaları oğurlayıb.

İş materiallarından məlum olur ki, Arif Qulamov əvvəlcə oğurluq üçün girəcəyi evləri müşahidə altında saxlayıb. Evdə heç kimin olmadığına əmin olduqdan sonra niyyətini həyata keçirib.

Lakin onun "fəaliyyəti" uzun çəkməyib. Sonuncu "işindən" sonra hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3 (Oğurluq -yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - külli miqdarda oğurluq) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Füzuli Rayon Məhkəməsində aparılıb. Məhkəmədə Arif Qulamov verilmiş ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib. Həmçinin əlavə edib ki, zərərçəkmişlərə dəymiş zərər ödənilib və onlarla barışıq əldə edilib.

Məhkəmə bütün bunları nəzərə alaraq ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Arif Qulamovun 6 ay həbsdə saxlanıldığı müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla ona verilən cəzadan çıxılıb və üzərində qəti olara 10 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər