Mojo.az Banner
17:21 İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI - FOTO  |     17:09 Venesueladakı dağıdıcı zəlzələdə ölənlərin sayı dörd mini ötdü  |     17:09 Azərbaycan nefti ucuzlaşıb  |     17:08 Ucarda kanalda batan yeniyetmənin MEYİTİ TAPILDI  |     17:03 DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı  |     16:50 Leyla Əliyeva yeni şeirini paylaşıb - FOTO  |     14:08 Uşaq anasını vurursa, bu nəyin əlamətidir? - Psixoloqdan vacib açıqlama  |     13:44 Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı - VİDEO  |     13:38 Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var (Yenilənib)  |     13:19 Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər  |     13:16 Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - FOTO / VİDEO  |     13:10 Sabirabadda məktəbdə yanğın olub  |     23:01 "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi  |     22:45 FHN-dən əhaliyə müraciət  |     22:36 "Qaradağ Şüşə Zavodu" özəlləşdirilib  |     22:31 Bu ölkədə üçgünlük matəm elan edildi  |     22:24 İyulun şanslı bürcləri  |     22:18 Rus ordusu Kramatorsku vurdu: ölənlər var  |     22:10 Qorxmaz Əlilicanzadə üz iflici keçirdiyini açıqladı  |     22:03 Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ  |    
Left Banner
Right Banner

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

19.04.2025 14:17 603
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.

Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir.

"Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir", - deyə müraciətdə vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner