Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşların məlumatları banklardan oğurlanaraq satışa çıxarılıb? - AÇIQLAMA

18.04.2025 13:04 828
Vətəndaşların məlumatları banklardan oğurlanaraq satışa çıxarılıb? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə vətəndaşların məlumatlarının banklardan oğurlanaraq "DarkWeb"də satışa çıxarılmasına dair iddialar yayılıb.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən "Operativ Media"ya bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə yayılan iddialar "Kapital Bank"la əməkdaşlıq çərçivəsində araşdırılıb və məlumat təsdiqini tapmayıb.

Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən isə bildirilib ki, dövlət informasiya ehtiyatları sistemində mövcud məlumatların mühafizəsi yüksək səviyyədə təmin olunur və hər hansı məlumat sızması baş verməyib.

Son xəbərlər