Mojo.az Banner
13:53 Nigeriyalı vinger "Qarabağ"ın düşərgəsində  |     13:28 Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi - Ölənlər və xəsarət alanlar var  |     13:21 Hansı rayonda nə qədər eşşək var? – Siyahı  |     13:01 Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı  |     12:31 Qəbələdə maşın piyadanı vuraraq öldürüb  |     12:16 Dumanlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     12:11 Bəzi ərazilərə yağış yağıb - FAKTİKİ HAVA  |     12:09 Zaqatalada avtomobil çuxura düşdü, sürücü xəsarət aldı  |     12:08 İki ay əvvəl Bakıya gələn senator ABŞ-də NAZİR SEÇİLDİ  |     12:05 Azərbaycan nefti ucuzlaşıb  |     12:03 Hamiləlik müddətində Daun sindromu riskini azaldan məhsul açıqlanıb  |     12:01 "Hyundai" 69 mindən çox avtomobilini geri çağırır  |     11:59 "F-35" pilotu İrana qarşı əməliyyat zamanı qəlpə yaraları alıb  |     11:51 Bankların fəaliyyəti dayandırılacaq? - Vacib AÇIQLAMA - Video  |     11:34 Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - Video  |     11:29 Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələndi  |     11:21 KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib  |     23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |    
Left Banner
Right Banner

Əvvəlcə tutdurdu, indi xahiş edir ki, bağışlayın

15.04.2025 20:29 594
Əvvəlcə tutdurdu, indi xahiş edir ki, bağışlayın
Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Ayxan Novruzov ifadəsində özünü təqsirli bilib:

"Elan olunan ittiham üzrə özümü təqsirli sayıram. Gənc olmuşam, səhv etmişəm. Zərərçəkənlərə dəymiş ziyanı ödəmişəm və onlarla barışıq əldə olunub. Düşünürəm ki, artıq zərərçəkən qalmayıb. Əgər unutduğum biri varsa və ya əlavə nəsə tələb olunursa, onu da ödəməyə hazıram".

Prosesdə ifadə verən zərərçəkmiş Oqtay Qurbanov bildirib ki, ona dəymiş 1200 manat ziyan tam ödənilib, təqsirləndirilən şəxslə barışıq əldə olunub:

"Hazırda heç bir şikayət və tələbim yoxdur. Sağ olsun, özü mənimlə əlaqə saxladı, hər cür kömək etməyə hazır olduğunu dedi. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız".

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon icra şöbələrindən birində icra məmuru vəzifəsində çalışmış Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Ayxan Novruzova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvətalma - təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.скачать dle 11.3
Mojo.az Banner