Mojo.az Banner
13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |    
Left Banner
Right Banner

Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ

28.11.2024 16:15 768
Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri iştirak etməyiblər.

Eləcə də tərəflər onların iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib.

Prosesdə ittiham aktı elan edilib. Xalq artisti ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

O, prosesdə çıxışa hazır olmadığını deyib.

"Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəyə bilərəm. Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm", - xalq artisti deyib.

Məhkəmə prosesi dekabrın 3-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.скачать dle 11.3
Mojo.az Banner