Mojo.az Banner
15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |     15:32 Azərbaycanda qadınlarla kişilərin maaşı arasında ciddi FƏRQ  |     15:06 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı  |     15:02 Pul üstündə tanışlıq elanı yazanlara cəza xəbərdarlığı — Açıqlama  |     14:48 Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunur  |     14:40 Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır  |     14:39 Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq? - VIDEO  |     14:33 Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi – VİDEO  |     14:24 Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi  |     14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı  |     14:04 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti  |     13:56 Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? - VİDEO  |     13:55 Naxçıvanda dəhşətli qəza: Üç nəfər həlak oldu, xəsarət alanlar arasında körpələr də var (Yenilənib)  |     13:43 Ermənistan məhsulları Azərbaycan bazarına girir – Deputat: “38 adda məhsul mümkündür”  |     13:38 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi  |     13:18 Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO (Yenilənib)  |     13:13 "Sabah" futbol klubundan inanılmaz QƏRAR - 10 milyon manatlıq layihə gəlir  |     22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |    
Left Banner
Right Banner

Texnologiya nəhənglərindən xəbərdarlıq: Dünya üzrə internet kəsilə bilər

14.04.2025 21:47 888
Texnologiya nəhənglərindən xəbərdarlıq: Dünya üzrə internet kəsilə bilər
NATO-nun hərbi komandirləri Rusiya tərəfindən dənizaltı internet kabellərinə yönələn şübhəli hücumların qlobal internet infrastrukturunu riskə atdığını bildiriblər.

"Vodafone", "Telefonica" və "Orange" kimi böyük telekommunikasiya şirkətləri son dövrlərdə artan diversiya hallarının kritik rabitə xidmətlərini təhlükə altına aldığını qeyd edərək, Böyük Britaniya, Avropa İttifaqı və NATO rəsmilərinə rəsmi xəbərdarlıq məktubları göndəriblər.

Telekommunikasiya şirkətlərinin ortaq məktubunda bildirilib ki, dənizaltı kabellərdə baş verən zədələrin təsiri Avropanın çox kənarına qədər uzanır və bu zədələr qlobal interneti, beynəlxalq rabitəni, maliyyə əməliyyatlarını və digər mühüm xidmətləri kəsmə potensialına malikdir.

Məktubda dünya üzrə beynəlxalq məlumat trafikin təxminən 95 faizini daşıyan 500-dən çox dənizaltı kabelin, uzaq yerləşmələri səbəbindən, qorunmasının çətin və bahalı olduğu vurğulanıb. Telekom şirkətləri bildiriblər ki, son altı ayda Baltik dənizində ən azı 11 dənizaltı kabelə ziyan dəyib. Oxşar hadisələrin Şimal dənizində də baş verdiyi qeyd olunub.

"Kabel şəbəkəsi getdikcə daha müdafiəsiz hala gəlir"

Şirkətlər dənizaltı kabel şəbəkələrinin bütövlükdə "kritik infrastruktur" kimi tanınmasını tələb edirlər. Sektor nümayəndələri Aİ, Böyük Britaniya və NATO arasında kəşfiyyat məlumatlarının paylaşımı, birgə monitorinq və nəzarət təşəbbüsləri ilə bağlı daha sıx əməkdaşlığa çağırış ediblər.

Böyük Britaniya mərkəzli "The Telegraph" nəşrinin məlumatına görə, "Vodafone" kimi iri operatorlar on minlərlə kilometrlik dənizaltı kabel şəbəkəsinə sahib olduqları üçün bu təhdidlərdən xüsusilə təsirlənirlər.

Birləşmiş Krallığın Milli Təhlükəsizlik Strategiyası üzrə Birgə Komitəsi dənizaltı infrastrukturun qorunması imkanlarını araşdırmaq üçün rəsmi təhqiqat başladıb. Komitənin sədri Mett Vestern bildirib:

"Geosiyasi gərginliklər artdıqca, xarici dövlətlər bizi zəiflətmək üçün asimmetrik metodlar axtarırlar. İnternet kabel şəbəkəmiz getdikcə daha müdafiəsiz hala gəlir".

Böyük Britaniyanın müdafiə naziri Con Hili bu hadisələri Rusiyanın artan aqressiyasının bir göstəricisi adlandıraraq, ölkənin infrastrukturunu qorumaq üçün lazım olan tədbirlərin görüləcəyini vurğulayıb.

Texnologiya şirkətlərinin Çin narahatlığı


Dənizaltı kabel sistemlərinin təhlükəsizliyinə dair narahatlıqlar ABŞ-ın "Google", "Facebook" və "Microsoft" kimi texnologiya nəhənglərinin bu infrastrukturlara artan sərmayələri fonunda daha da güclənib. Xarici KİV-lər Tayvan ətrafında baş verən oxşar hadisələr səbəbilə Çinin də diversiya fəaliyyətlərində iştirak edə biləcəyi ehtimalını gündəmə gətiriblər.

Telekommunikasiya şirkətləri hökumətlərdən icazə proseslərinin sadələşdirilməsini və sektorla sıx əməkdaşlıq çərçivəsində risk əsaslı təhlükəsizlik tədbirlərinin hazırlanmasını tələb ediblər. Mütəxəssislər dənizaltı kabellərin təmir imkanlarının yetərli olduğunu, lakin artan diversiya cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner