Ali Məhkəmədən cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:38 Azərbaycanın dövlət borcu açıqlanıb  |     18:28 Üç övladının gözü qarşısında ərinin qatili oldu - Ağır cinayət törədən Aysu AZADLIĞA BURAXILDI  |     18:27 Şirvanda 500-dən çox saxta spirtli içki satışdan çıxarıldı  |     18:26 Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA  |     18:25 254 milyon manatlıq CİNAYƏT: "Ailəm əsrlərdir, Bakıda yaşayır, beş-altı avtomobil niyə almayım ki?"  |     17:55 Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi  |     17:38 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:25 Noxudun içindən yad cisim çıxdı - VİDEO  |     17:22 Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair TƏLƏBLƏR DƏYİŞDİ  |     17:11 Sevdiyi qıza görə ÖZÜNÜ YANDIRDI  |     16:42 Bu şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO  |     16:38 "Toma" ləqəbli tiktoker Tamilla Mehdiyevanın həbs müddəti uzadılıb  |     16:30 Sabah hava necə olacaq? - PROQNOZ  |     16:28 Sərhədkeçmədə Azərbaycanın gömrük işçilərinə süni intellekt yardım edəcək  |     16:04 Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - FOTO  |     15:15 Bəzi hallarda gömrük rüsumları geri qaytarılacaq: Yeni proqram yaradıldı  |     14:54 Müğənni Kərimin ölkədən çıxışına qoyulan qadağa aradan götürüldü  |     13:46 "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.  |     13:24 "Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb  |     13:09 Kürdə suyun səviyyəsi artıb  |    

Ali Məhkəmədən cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəməsi cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar qəbul edib.

Bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, işin hallarına görə, iddiaçı Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 10.02.2021-ci il tarixdən 08.10.2021-ci il tarixədək cəza müddətini çəkərək Qaradağ Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Bununla əlaqədar iddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət edib və cavabdeh tərəfindən ona 1000 manat məbləğində birdəfəlik müavinət təyin olunub. Daha sonra iddiaçı yenidən Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 26.03.2022-ci il tarixdən 04.08.2023-cü il tarixədək cəza müddətini çəkib Qaradağ Rayon Məhkəməsinin 04.08.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Azadlığa çıxdıqdan sonra iddiaçı yenidən birdəfəlik müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, ona müavinətin artıq bir dəfə verildiyi əsas gətirilərək, imtina edilib.

Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dəfə azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilib, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulub.

Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etsə də, şikayət təmin edilməyib. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin İnzibati kollegiyası cavabdehin şikayətini əsaslı hesab edərək iddianın rədd edilməsinə dair qərar çıxarıb.

Ali Məhkəmə özünün mövqeyini aşağıdakılarla əsaslandırıb.

Aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad edib ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi norma yoxdur. Qeyd edilən məsələ ilə əlaqədar qanunvericilikdə aşkar norma olmasa belə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların məsuliyyəti və vəzifələri ilə bağlı konstitusion normaları nəzərə alaraq, eləcə də adıçəkilən Qanunun sistematik təfsiri əsasında onun əsas məqsəd və prinsiplərini rəhbər tutaraq aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, birdəfəlik müavinət almaq hüququnun təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur.

İşin hallarından müəyyən olunur ki, iş üzrə iddiaçıya 26.10.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində onun tərəfindən qəsdən cinayət törədilərək yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməyib. Sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olub. Belə ki, 1 illik sosial adaptasiya müddəti ərzində törədilmiş cinayət ehtiyatsızlıqdan deyil, qəsdən törədilmiş cinayət olub.

Cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur.

Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməyib, Konstitusiyanın və Qanunun tələblərini pozub. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olub, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmayıb.

Kollegiya onu da qeyd etməyi zəruri hesab edib ki, iş üzrə gəlinmiş nəticə mübahisə predmeti ilə əlaqəli şəkildə işin xüsusi halları nəzərə alınmaqla hazırkı halda iddiaçıya münasibətdə sosial adaptasiya tədbirlərindən biri kimi məhz birdəfəlik müavinətin ödənilməsindən imtinanın yolverilənliyinə qiymət verilməsi ilə bağlıdır. Bu mənada, sosial adaptasiya dövrü ərzində yenidən cinayətin törədilməsi faktının mövcudluğu, ümumiyyətlə bu kateqoriyaya aid şəxslərə münasibətdə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanunda nəzərdə tutulmuş digər bütün sosial adaptasiya tədbirlərinin tətbiq edilməsindən imtina üçün də əsas yaradan hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsini mümkünsüz edər, Qanunun əsas məqsədi ilə ziddiyyət yaratmış olardı.

Bununla yanaşı, gələcək oxşar işlərdə məhkəmələr hər dəfə konkret hansı sosial adaptasiya tədbirinin tətbiqi ilə bağlı mübahisə yarandığını, eləcə də hər bir işin xüsusi hallarını və yuxarıda qeyd olunmuş hüquqi mövqeləri nəzərə almaqla konkret sosial adaptasiya tədbirinin tətbiqindən imtina üçün əsasın mövcud olub-olmadığına qiymət verməlidirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 11.04.25 13:06