Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb |
Mojo.az Avto
Mojo.az Avto

Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsin hər birinə 1600 manat verilib

03.06.2025 13:00 1 032
Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsin hər birinə 1600 manat verilib
Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.

Həmçinin, bu müavinət digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycanda daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına da şamil olunur.

Qeyd olunan birdəfəlik müavinətin təyinatı bu kateqoriyadan olan şəxsin sosial adaptasiya müddəti ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya "DOST" mərkəzlərinə yazılı müraciəti əsasında aparılır.

Son xəbərlər