Mojo.az Banner
18:45 Bu yumurtalarda təhlükəli bakteriya aşkarlandı  |     18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |     18:34 Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin  |     18:32 Almaniyada məktəbə hücum: Ölənlər var  |     18:13 Bərdədə avtomobil yaşayış evinə çırpıldı: Xəsarət alanlar var  |     18:03 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur - FOTO  |     17:55 44 yaşlı Dima Bilan baba oldu  |     17:46 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO  |     17:42 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar  |     17:36 Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr  |     17:17 Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü  |     17:16 İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi  |     17:05 Sabah Ay tutulacaq  |     16:55 Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"  |     16:39 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜLƏRİ (Video)  |     16:28 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi  |     16:26 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU  |     16:17 Sabirabadın 10 kəndində qaz kəsiləcək  |     16:09 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi  |     15:59 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı TƏXRİBATI PİSLƏDİ  |    
Left Banner
Right Banner

Damarını doğrayan qadın Gəncə Dövlət Universitetindən işdən çıxarılıb? - AÇIQLAMA (YENİLƏNİB)

11.04.2025 12:34 1 353
Damarını doğrayan qadın Gəncə Dövlət Universitetindən işdən çıxarılıb? - AÇIQLAMA (YENİLƏNİB)
"Aprelin 11-də Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Günay Asim qızı Məmmədova özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib".

Bu məlumat Gəncə Dövlət Universitetindən (GDU) verilib.

"Hadisə universitet binasının yaxınlığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, G.Məmmədova üç il bundan əvvəl öz ərizəsi ilə işdən azad olunub:

"Öz istəyi ilə işdən ayrılsa da o, dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ombudsmana müraciət edib. G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə heç bir əlaqəsi yoxdur".

* * * * *

Gəncə Dövlət Universitetindən işdən çıxarıldığı üçün özünə xəsarət yetirən qadının son vəziyyəti açıqlanıb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 11-I saat 09:50-də 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

* * * * *

"Gəncə Dövlət Universitetinin işdən çıxarılan qadın əməkdaşının özünə xəsarət yetirməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır".


Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilib

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək",- deyə məlumatda bildirilir.

* * * * *

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.


Oxu.az-ın məlumatına görə, hadisə universitet binasında baş verib.

1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner