Mojo.az Banner
22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |     20:14 İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutuldu  |     20:08 Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi  |     19:55 Sabah 33° isti olacaq  |    
Left Banner
Right Banner

Şagirdə qarşı qeyri-etik hərəkət etdiyi iddia olunan müəllim və direktor işdən çıxarıldı - YENİLƏNİB

14.03.2024 15:37 1 542
Şagirdə qarşı qeyri-etik hərəkət etdiyi iddia olunan müəllim və direktor işdən çıxarıldı - YENİLƏNİB
Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılmış informasiya barədə araşdırma aparılıb.

Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb.

Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

* * * * *

Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində müəllimin şagirdə qarşı davranışı ilə bağlı polisə müraciət olunub.


APA-nın Şimal bürosu xəbər verir ki, məktəbin idman müəlliminin dərs zamanı 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilir. Şagird məktəb rəhbərliyinə müraciət edərək bildirib ki, müəllim qiymət yazmaq qarşılığında ona qarşı qeyri-etik hərəkət edib.

Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupunun rəhbəri Xəyal Talıbov polisə belə bir müraciət olduğunu təsdiqləyib. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparıldığını qeyd edib.скачать dle 11.3
Mojo.az Banner