Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA

25.02.2020 18:18 1 549
Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA
Təhsil Nazirliyi İsmayılov Mehman Novruz oğlunun Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktoru vəzifəsindən məcburi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Biləsuvar Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbdə hazırda yeddi şagirdlə iki sinif komplektində tədris aparılır:

“Tərəfimizdən məktəbin bağlanılması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.

Məlumatda qeyd edilib ki, M.İsmayılov Rayon Təhsil Şöbəsindən ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xəstəliyi ilə bağlı xitam verilməsini xahiş edib. Onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 oktyabr 2019-cu il tarixli K-1592 nömrəli əmri ilə xitam verilib.

Qeyd edək ki, Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması barədə məlumat yayılıb. Direktor sosial şəbəkə vasitəsi ilə videogörüntü yayaraq bildirib ki, ona işdən çıxması üçün Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən təzyiqlər olub.скачать dle 11.3

Son xəbərlər