Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:31 Azərbaycanda bəzi məktəblərdə yeddi gün dərs olmayacaq | 11:24 Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələb | 11:13 Bakıda məşhur xəstəxana bağlanır | 22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib

09.04.2025 13:49 1 248
Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib
Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunan Kənd Təsərrüfatı Nazirliyinin "Aqroservis" ASC-nin Cəlilabad regional nümayəndəliyinin Lənkəran-Lerik-Astara rayon bölməsinin rəhbəri olmuş Rahim Fəxrəddin oğluna Rzayevə bir maddə üzrə bəraət verilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsində verilib.

Qərara əsasən, ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla ittihamdan imtina etdiyi üçün bəraət verilib.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxışı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 29.318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə davam etdirilir.

Qeyd edək ki, Rahim Rzayev Aqroservis ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində aşkar olunam ciddi pozuntulardan sonra həbs olunub.

İttihama görə, təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilən əmlakı külli miqdarda ziyan vurmaqla mənimsəyib.

Rahim Rzayev vəzifəli şəxs kimi ASC-nin kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsalı (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsi, aqrotexniki xidmətlər göstərilməsi və bu sahədə fəaliyyətin təşkilinin həyata keçirilməsi sahəsində fəaliyyətini pozmaqda ittiham olunub.

Son xəbərlər