Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Bağça müdiri olmaq istəyən keçmiş direktora qarşı dələduzluq: 33 min manat...

08.04.2025 22:43 747
Bağça müdiri olmaq istəyən keçmiş direktora qarşı dələduzluq: 33 min manat...
Laçın rayon 1 saylı Uşaq musiqi məktəbinin keçmiş direktoru Gülsüm Məhərrəmova dələduzluq cinayətinin qurbanı olub.

Gülsüm Məhərrəmova 2022-ci ildə sözügedən məktəbdəki vəzifəsindən öz ərizəsi ilə çıxdıqdan sonra Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinə müdir təyin olunmaq istəyib.

Həyat yoldaşının tanışlarından biri ona Yaqut adlı bir uzaq qohumunun Elm və Təhsil Nazirliyində çalışdığını və bu məsələdə kömək göstərə biləcəyini deyib.

Gülsüm Məhərrəmova həyat yoldaşı ilə birlikdə Yaqut adlı həmin şəxslə görüşüb. O, 33 000 manat müqabilində bu məsələnin həll olunacağını bildirib. Razılaşmadan sonra göstərilən məbləğ Yaqut adlı xanıma təqdim edilib.

Daha sonra məlum olub ki, Yaqut bu məsələ ilə bağlı Sabrina adlı başqa bir şəxslə əlaqə saxlayıb və işi onun vasitəsilə həll edəcəyini bildirib.

Sabrina bağçaya təyinat üçün Yaqutdan 25 000 manat tələb edib. Yaqut ona 19 000 manat verib və qalan məbləğin isə iş həll olunduqdan sonra ödəniləcəyini deyib.

Verilən vəd yerinə yetirilmədiyindən Gülsüm Məhərrəmova hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işinə Nərimanov rayon məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb. Hər iki şəxs - Sabrina və Yaqut verilən ittihamlar üzrə təqsirli biliniblər.

Məhkəmənin hökmü ilə Yaquta 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə, Sabrinaya isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
//qaynar.az

Son xəbərlər