Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Estetik cərrahlarla bağlı SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

08.04.2025 17:23 774
Estetik cərrahlarla bağlı SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Azərbaycanda bir neçə estetik cərrahın sertifikasiyasının ləğv edilməsi ilə bağlı məsələ ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
Məlumata görə, bəzi həkimlərin sertifikasiya şəhadətnamələri ləğv olunub, digərlərinin isə sertifikasiya müddəti başa çatıb.
Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Prosesin nəticəsində hansı həkimlərin fəaliyyətinə rəsmi olaraq icazə verilməyəcəyi yaxın günlərdə bəlli olacaq.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ''Ajans.az''ın sorğusuna cavabında bildirib ki, estetik cərrahlarla bağlı Təftiş Komissiyasının işi yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Nazirlik həmçinin vətəndaşlara yalnız lisenziyalı və sertifikatlı mütəxəssislərə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, indiyədək sertifikasiyası ləğv olunan tanınmış estetik cərrahlar arasında aşağıdakı adlar var:

• Dilqəm Məhərrəmov – “Baku Medical Plaza” klinikasının plastik cərrahı
• Nərgiz Əhmədova – “Medilux” klinikasının plastik cərrahı
• Sevinc Heydərova – “International Medical Centre”
• Könül Ağamirova – “Milan VİP” hospital
• Şövkət Əliyeva – “Azərtürkmed”
• Təbəssüm Qurbanova – “Azər-Türk Med”
• Bəhicə Kərimova, Rəna Quliyeva, Elnarə Salmanlı – digər klinikalarda fəaliyyət göstərən cərrahlar

Bu qərarlar həkimlərin peşə fəaliyyətində aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qəbul olunub və hal-hazırda Baş Prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bu proses həm pasiyent təhlükəsizliyinin təmin olunması, həm də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təftişin yekun nəticələri və cərrahlarla bağlı qərarlar yaxın müddətdə açıqlanacaq.

Son xəbərlər