Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Məşhur plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza gözlənilir

09.12.2024 17:29 1 620
Məşhur plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza gözlənilir
Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.

Median.Az
Bakupost.az-a istinadən xəbər verir ki, artıq aidiyyəti qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüblər.

Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 min manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.

Eyni zamanda, səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul olunub.

O da bildirilir ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.

Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.скачать dle 11.3
Mojo.az Banner