Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

07.04.2025 18:55 867
Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı cari dövr ərzində ölkəmizə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb və müəyyən olunan konkret faktlar üzrə zəruri tədbirlər görülüb. Aşkarlanan uyğunsuzluqlarla bağlı tənzimləmə tədbirləri çərçivəsində xaricdə fəaliyyət göstərən bəzi şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Ukraynanın "Shidzahid", "Zagotservice", "Myasador", "VKP Verbovskoye" istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin "Lutskaya Agrarnaya Kompaniya" şirkətinin dondurulmuş toyuq budu məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub.

Həmçinin Belarusun SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, "Qrodnenskiy Myasokombinat OAO"nun dondurulmuş mal əti, Braziliyanın "Masterboi" istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustanın "Azat LLC" istehsalçı şirkətinin quzu əti, Rusiyanın "Miratorg-Kurs" istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.

Son xəbərlər