Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK

04.04.2025 11:22 915
Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslərin siyahısı genişləndirilir.

Bu, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.

Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanuna təklif edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdən sonra yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən isə ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

Mövcud qanunvericilik ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddini müəyyən etmir. Layihədə həqiqi hərbi xidmətdə olmağı yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, həqiqi hərbi xidmətdə olmağın yaş həddi aşağıdakı kimidir:

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: 31.5 yaş;

- Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar, kiçik zabitlər: 48 yaş;

- Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər: 48 yaş;

- Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər: 53 yaş.

- Ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral: 58 yaş;

- General-polkovnik, admiral, 63 yaş.

Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner