Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Şlyapa Zahid"i bankdan milyonlar götürməyə kim məcbur edib?

03.04.2025 11:43 837
Müdafiə Nazirliyinin sabiq əməkdaşı, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin 42 milyonluq mənimsəmə ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə "R.S" tikinti şirkətinin şöbə müdiri Yalçın Ələkbərov ifadə verib.

"Müqavilə əsasında Müdafiə Nazirliyinin hərbi hissəsində yataqxana tikdik. Lakin bunun qarşılığında bizə 440 min manat pul ödənildi. Pulumuzun qalan hissəsini güclə aldıq. Bununla bağlı baş nazirin müavininin qəbulunda olduq. Sonra məhkəməyə müraciət etdik və qalib gəldik. Bizə iki milyon dollar ödənildi. Mən təqsirləndirilən şəxsi tanımıram, onu internetdə görmüşəm. Şirkət rəhbəri H.L. isə İngiltərədə yaşayır. Bu ay Azərbaycana gəlməsi gözlənilir".

Şahidin məhkəmədəki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadəsi arasında ziddiyət olduğundan məhkəmədə ilk ifadəsi elan olunub.

İfadədə bildirib ki, müqavilənin dəyəri yeddi milyon dollar dəyərində olub və onlar hərbi hissədə yataqxana tikiblər.

Daha sonra Zahid Niftəliyevin vəkili məhkəməyə vəsatət təqdim edərək müvəkkilinin "AtaBank"ın inzibati binasına kiminsə göstərişi ilə getdiyini qeyd edib.

"Onu ora kim göndərib? Mahir Rəfiyev? Həmin ərəfədə 682 min və 625 min manat faiz borcu ödənilib. Mən 2015-ci il 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı il 25 fevral, 7 mart, 15 iyun, 24 iyun, 30 iyul, 22-27-29 dekabr tarixlərində telefon danışıqlarının əhatə dairəsinin müəyyən edilməsi üçün "Azercell" MMC-yə sorğu verilməsini xahiş edirəm".

Vəsatətə mayın 7-də növbəti prosesdə baxılacaq.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "AtaBank"dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb. Şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner