Mojo.az Banner
16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank Nəcməddin Sadıkovun yaxın adamı "Şlyapa Zahid"ə 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb

02.08.2024 12:13 2 589
Bank Nəcməddin Sadıkovun yaxın adamı
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov məhkəməyə bir neçə vəsatət təqdim edib.

O bildirib ki, Zahid Niftəliyevin burada oturmasının əsas səbəblərindən biri "Ata Bank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir:

"Xahiş edirəm ki, Dəyanət Quliyevin məhkəmədə dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovdur. Nəcməddin Sadıkov ilə mərhum vergilər naziri arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaqa materiallar təqdim etmişik. Lakin istintaq Nəcməddin Sadıkovu dindirməyib. Xahiş edirəm ki, o məhkəməyə çağırılaraq dindirilsin".

Vəkil, həmçinin bildirib ki, "Ata Bank"ın xəzinədarı Barat Heydərov istintaqda Z.Niftəliyevə kassadan qeyd edilən məbləğdə vəsaiti çıxarıb verdiyini deyib.

Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib.

Dövlət ittihamçısı istintaq orqanı tərəfindən təmin olunan materialların əsaslı olduğunu, ona görə də verilən vəsatətlərin əsassız olduğunu bildirib.

Məhkəmə vəsatətlərlə bağlı qərarı elan edib. qərara əsasən, hazırkı mərhələdə vəsatətlər baxılmamış kimi saxlanılıb, lakin növbəti mərhələdə baxıla biləcəyi də vurğulanıb.

Proses zamanı "Ata Bank"ın nümayəndəsi Z.Niftəliyevə qarşı 24 milyon 234 min manat mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.

Daha sonra prokuror ittiham aktını elan edib. Müttəhim Z.Niftəliyev özünü təqsirli bilməyərək ittihamı da qəbul etmədiyini deyib.

Həmçinin o, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib və Tərtər Hərbi Məhkəməsi ona şərti cəza verməyib. O, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.скачать dle 11.3
Mojo.az Banner