Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın paytaxtı dəyişəcək? - açıqlama

31.03.2025 22:15 837
Azərbaycanın paytaxtı dəyişəcək? - açıqlama
Son vaxtlar ölkəmizdə paytaxtın köçürülməsilə bağlı müxtəlif təkliflər səsləndirilməkdədir. Hətta alternativ kimi işğaldan azad edilmiş ərazilərdəki şəhərlər də təklif edilir. Bu isə cəmiyyətdə müzakirə obyektinə çevrilib.
Bəs paytaxt köçürülə bilərmi?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov paytaxtın köçürülməsi və yeni şəhərin qurulmasının inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir proses olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil:
"Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir.
Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə  bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil".

E.Əmirov qeyd edib ki, bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar, lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olsun. Ekspert buna səbəb kimi dünya təcrübəsində paytaxtların potensial təhlükədən daha uzaq salındığını göstərib. (Sfera.az)скачать dle 11.3
Mojo.az Banner