Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İmamoğlu meydan oxudu: Ərdoğan özünə güvənirsə…

29.03.2025 20:12 837
İmamoğlu meydan oxudu: Ərdoğan özünə güvənirsə…
CHP lideri Özgür Özəl İstanbulun həbsdə olan meri Əkrəm İmamoğlunun məhkəməsinin TRT-də yayımlanmasını tələb edib.

Median.Az xəbər verir ki, bu barədə o, İstanbulda İmamoğluya dəstək məqsədilə keçirilən mitinqdə çıxışı zamanı bildirib.

“Bu gün burada toplaşanlar Türkiyənin gələcəyini müdafiə edirlər. Mən İmamoğludan Ərdoğana tarixi çağırışı çatdırıram: İstanbulun meri Əkrəm İmamoğlu günahsız olduğunu bildirir. Əgər özünə güvənirsənsə, məhkəmənin TRT-də yayımlanmasını təklif edirəm”, – deyə CHP lideri əlavə edib.

Mitinqdə süni intellekt texnologiyası vasitəsilə İmamoğlunun səsi ilə onun məktubu oxunub. O, məktubunda özünü heç bir cinayətdə günahkar hesab etmədiyini vurğulayıb:

“Mən İstanbul meri kimi gördüyüm işlərlə qürur duyuram. Ürəyim və ruhum sizinlədir. Nə baş verirsə versin, xalqın layiq olduğu daha gözəl günlər uğrunda mübarizədən geri çəkilməyəcəyəm. Mən xalqa verdiyim sözü tutacaq və mənə tapşırılan vəzifəni həyatım bahasına da olsa yerinə yetirəcəyəm”.
Mitinqdə çıxış edən Ankaranın meri Mənsur Yavaş isə İmamoğlu məsələsinin təkcə ona deyil, bütün xalqın ümidinə qarşı yönəldiyini bildirib:

“Biz bu gün burada ədalətsizliyə və qanunsuzluğa qarşı səsimizi ucaltmaq üçün toplaşmışıq. Bunun son nümunəsi Əkrəm İmamoğluya qarşı açılan işdir. Cəzalandırılan bir bələdiyyə başqanı deyil, xalqın ümididir. Bu, bütün xalqın məsələsidir və biz susmayacağıq, çünki bir nəfərə qarşı ədalətsizlik bütün cəmiyyət üçün təhdiddir”.

Mitinqdə altı siyasi partiyanın nümayəndələri iştirak edib. CHP lideri mitinqə 2,2 milyon insanın qatıldığını açıqlayıb.

Qeyd edək ki, martın 19-da korrupsiya və terrorçularla əlaqədə ittiham olunaraq saxlanılan Əkrəm İmamoğlu barəsində məhkəmə 23 martda həbs qərarı verib. Onun saxlanılması ilə CHP-çilər genişmiqyaslı etiraz aksiyalarına başlayıb.

Son xəbərlər