Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbul seçkisinin yekun nəticəsi açıqlandı - RƏSMİ

24.06.2019 14:24 3 333
İstanbul seçkisinin yekun nəticəsi açıqlandı - RƏSMİ
Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadri Güvən İstanbulda iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərinin yekun nəticəsini açıqlayıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, S.Güvən seçkilərdə Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın 3 935 453 səs, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlunun isə 4 741 868 səs toplandığını bildirib.

Nəticələrə əsasən, Ə.İmamoğlu 54,21 faiz səslə qələbə qazanıb. B.Yıldırım isə səslərin 44,99 faizinə sahib olub.

Xatırladaq ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilmiş seçkilərdə Ə.İmamoğlu 48,8 faiz toplayaraq 13 729 səs fərqi ilə B.Yıldırımı üstələmişdi. O, aprelin 17-də vəzifəsinin başına keçsə də, mayın 6-da YSK İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv etmiş, təkrar seçkiləri isə iyunun 23-nə təyin etmişdi.скачать dle 11.3

Son xəbərlər