Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Nəsimidə avtomobili qaçıran şəxs QƏZA TÖRƏTDİ

29.03.2025 15:10 813
Nəsimidə avtomobili qaçıran şəxs QƏZA TÖRƏTDİ
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus "Nissan" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər