Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Niderlandın ən böyük bank qruplarından olan ING ölkəmizdə iqtisadi artımla bağlı proqnozunu açıqladı

27.03.2025 18:49 759
Niderlandın ən böyük bank qruplarından olan ING ölkəmizdə iqtisadi artımla bağlı proqnozunu açıqladı
Niderlandın ən böyük bank qruplarından biri olan "ING Group" Azərbaycanda Ümumdaxili Məhsul (ÜDM) artımının növbəti illərdə 2-3 % diapazonunda qalacağını proqnozlaşdırır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə ING-nin hesabatında qeyd edilib. Bu il üçün iqtisadi artım 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırılır.

Hesabata görə, istehlak yönlü sektorlarda əhvali-ruhiyyə müsbət olaraq qalır: "Bunun əsas səbəbləri real gəlir və məşğulluğun davamlı artımı, eləcə də pərakəndə kreditlərin sürətli genişlənməsidir. Hazırda daxili pərakəndə kreditlər ÜDM-in 14 %-ni (qeyri-neft ÜDM-in 23 %-ni) təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu göstərici müvafiq olaraq 8 % və 17 % olub. Bununla belə, real ifadədə artım tempi 2024-cü ilin əvvəlindəki 23 %-lik illik göstəricidən 15-16 %-ə düşüb".

"ING Group"un ekspertləri bildirirlər ki, 2024-cü ildə korporativ kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə yavaşlayıb. Bu, bəzi korporativ seqmentlərdə daha ehtiyatlı davranışın əlaməti kimi qiymətləndirilir. Bununla belə, ÜDM-in 10 %-i (qeyri-neft ÜDM-in 16 %-i) səviyyəsində olan daxili korporativ kreditləşmə maliyyələşdirmənin əsas mənbəyi hesab edilmir və ümumi yavaşlamanın göstəricisi kimi də dəyərləndirilmir.

Hesabatda qeyd olunur ki, sənaye etimadı göstəriciləri neft sektorundakı zəifliyə baxmayaraq, güclü nəticələr göstərməyə davam edir. "Bu tendensiya, çox güman ki, Azərbaycanın fiskal siyasətinə dair nikbin gözləntiləri əks etdirir", - "ING Group" hesab edir.

Son xəbərlər