46 yaşlı qadın dəm qazından öldü
Median.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, martın 21-i saat 19 radələrində 1979-cu il təvəllüdlü Gülövşə Şaban qızı Maxsudova yaşadığı H.Əliyev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
