Mojo.az Banner
15:44 Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK  |     15:20 Sahibkar olmaq, yoxsa investor? Gənclər hansı yolu seçməlidir?  |     15:04 "Freelancer"lər üçün yeni qaydalar: Vergi artırılır, yoxsa güzəşt edilir?  |     14:57 ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI  |     13:16 Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq  |     13:14 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var  |     13:13 Polis Sabunçuda narkokuryerlərə qarşı əməliyyat keçirdi, 48 kiloqram narkotik aşkarlandı - Video  |     12:50 Neymar yaşıl meydanlarla vidalaşmağa hazırlaşır  |     12:27 Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı  |     12:10 "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO  |     11:46 Qonşunun razılığı olmadan dəhlizə kamera qoymaq qanunidirmi? - ALİ MƏHKƏMƏDƏN SON QƏRAR  |     11:30 Azərbaycan nefti 7 dollara yaxın BAHALAŞDI  |     11:24 Azərbaycan UEFA əmsallar cədvəlində İLK PİLLƏYƏ YÜKSƏLDİ - FOTO  |     11:06 Qubada keçmiş məhkum həyətində öldü  |     23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |    
Left Banner
Right Banner

"Yaxın zamanda müharibə ehtimalı yoxdur" - Politoloq

17.03.2025 22:41 492
"Mövcud şəraitdə Ermənistanın Azərbaycana qarşı hər hansı ciddi təxribata getməsi, yenidən müharibəni alovlandırması mümkünsüzdür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistanın yenidən Azərbaycanla sərhəddə təxribatlara əl atmasını şərh edərkən deyib:

"Ermənistanın indiki hakimiyyəti orduya tam nəzarət edə bilmir. Bu səbəbdən də Ermənistan tərəfdən arada müəyyən təxribatlar törədilir", deyə Abutalıb Səmədov əlavə edib.

Ekspertin fikrincə, Paşinyan hökumətinin son addımları göstərir ki, onların gördüyü işlər daha çox daxili auditoriyaya istiqamətlənib:

"Təlimlər keçirmək, Hindistandan 5-ci,6-cı dərəcəli silahlar almaq Ermənistan əhalisini sakitləşdirməyə yönəlmiş addımlardır. Paşinyan Azərbaycana qarşı müharibənin hansı nəticələrə gətirib çıxaracağını yaxşı başa düşür. Sülh sazişilə bağlı məsələ də demək olar həll olunub, bütün maddələr razılaşdırılıb. ABŞ prezidenti Donald Tramp tarixə sülhpərvər prezident kimi düşmək arzusundadır. Ona görə də o, müharibə ocaqlarında sülhün yaranması üçün əlindən gələni edir. Belə bir şəraitdə Ermənistanın Azərbaycana qarşı hər hansı ciddi təxribata getməsi mümkünsüzdür. Yaxın zamanlarda müharibə ehtimalı yoxdur".

Politoloq qeyd edir ki, Ermənistan Azərbaycanın gücünü yaxşı bilir. Bu səbəbdən də o, müharibə ehtimalını istisna edir:

"Ermənilər xırda təxribatlardan o tərəfə keçməyəcəklər. Güman edirəm ki, yaxın zamanlarda sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılacaq".

Qeyd edək ki, Ermənistan bir tərəfdən, sülh mətni üzrə danışıqların başa çatdığını bəyan edir, digər tərəfdən isə Azərbaycana qarşı təxribatçı hərəkətlərdən də əl çəkmir. Dünən və bu gün Ermənistan tərəfi 4 dəfə təxribata əl atıb. ğ

"İctimai TV" bu günlərdə Naxçıvanın Ermənistanla şərti sərhədində çəkiliş aparıb. Kanal erməni postlarını lentə alarkən onların mühəndis-istehkam işləri həyata keçirdiyinin şahidi olub. Bu faktlar onu göstərir ki, Bakı ilə sülh danışıqlarını yekunlaşdıran Ermənistanda əslində yeni müharibəyə hazırlıqlar gedir.скачать dle 11.3
Mojo.az Banner